Sosial şəbəkələrdə ödəniş kartlarının bloklanması və bununla bağlı kart sahiblərinin “Whatsapp” platforması üzərindən Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət etməsi zərurəti ilə bağlı saxta məlumatlar yayılıb.
Eləcə də bax: Elektron Təhlükəsizlik Xidməti “WhatsApp”la bağlı - XƏBƏRDARLIQ EDİB
FED.az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.
Qurum bəyan edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Vətəndaşlarımızı bu kimi məsələlərdə ehtiyatlı olmağa, şəxsi və ödəniş kartı haqda məlumatları heç bir halda III şəxslərə təqdim etməməyə və lazımi məlumatları yalnız AMB-nin internet səhifəsi və yaxud sosial şəbəkə hesablarından əldə etməyə çağırırıq".