Corc C Parker
(1870-1936): ABŞın ən məşhur fırıldaqçılarındandır. New York şəhərinin ən məşhur əsərləri olan Metropolitan Muzeyi və Azadlıq Abidəsini xaricində ən böyük fırıldaqçılığını Brooklyn Körpüsünü bir neçə dəfə sataraq etmişdir. Parker işi o qədər irəliyə aparmış ki bəzi rəvayətlərə görə pulu çatmayanlara körpünü aylıq kreditlərlə satdığı da olmuşdur. 1928-ci ildə cinayət başında tutulan Parker, ömürlük həbsə məhkum edilmişdir.
Gregor MacGregor
(1786-1845): Sahəsinin 12 min mil kvadrat olduğunu söylədiyi müştərilərinə xəyali orta Amerika ölkəsi Poyaisi, qiymətli mədənlərlə zəngin olduğunu irəli sürərək, bir neçə dəfə satmağı bacarmışdır. Özünü Poyais ölkəsinin şahzadəsi olaraq tanıdan MacGregor, bəzi İngilis sərmayəçilərinə saxta Poyais təhvillərini 200 min sterlinqə satmışdır.
Frank Abagnale
(1948-): Özünü PanAm pilotu olaraq tanıdan Abagnale, 1960-cı illərdə cəmi 2.5 milyon dollara çatan saxta çek pozdurmağı bacarır. PanAm pilotu olaraq 26 ölkəyə pulsuz uçuş reallaşdıran Abagnale, özünü həkim, hüquq müşaviri olaraq da tanıdaraq bir silsilə fırıldaqçılığa imza atmışdır. İşlədiyi günahlardan ABŞda həbs çəkən Abagnale, bu gün şirkətlərə fırıldaqçılığın önlənməsi üzərinə məsləhətçilik xidməti verir.
Philip Arnold
(1829-1878): 1872-ci ildə əmi oğlusu John Slack, məşhur almaz mədən oyunuyla bir çox insanı aldatmağa bacarır. Wyomingdə bir torpaqda sərpişdirdikləri yarı qiymətli daşları almaz olaraq göstərərək məşhur Baron Rothschild və Tiffanyın sahibi Cahles Tiffanyı da aldatmağa bacarırlar.
Victor Lustig
(1890-1947): ABŞ və Avropada etdiyi fırıldaqçılıq günahlarına görə həbs olunub məşhur Amerikan həbsxanası Alkatraza göndərildi. Eiffel qülləsini dəmirçiyə satmaqla səslənilən Lustig ayrıca pul basma maşını satışıyla da bir çox insanı aldatmışdır. Lustigin ən bilinən fırıldaqçılıq nömrələrindən biri də 30 dollara satdığı, dollar nəşr maşını nömrəsidir.
Howard Welsh
(1953-): Ponziyə bənzər bir səadət zənciri quraraq ortağı Lee Hope ilə dindar Xristianların dini duyğularını istismar edirlər. Yüksək faiz və vergisiz qazanc vəd edərək insanları aldadan cüt 2004-cü ildə tutularaq həbsə göndərilir.
Gerd Heidemann
(1932-): Çalışdığı Stern jurnalına 1983-cü ildə 6 milyon dollara Adolf Hitlerin saxta günlüyünü satmağı bacarır. Yoldaşı Konrad Kujaunun saxtakarlığına qananıl Heidemann, ayrıca məşhur tarixçi Hugh Trevor- Roperi də gündəliyin gerçək olduğuna razı salmağa bacardı. Heidemann bu saxtakarlığı nəticəsində Alman məhkəmələri tərəfindən üç il həbsə məhkum edilir.
Shaun Greenhalgh
(1961-): Təqlid etdiyi məşhur rəssam Gauguinin şəkillərini və antik Misir heykəlciklərini Chicago Sənət İnstitutuna və British Museuma orijinal deyə milyonlarla dollara satmağı bacarır. 2007-ci ildə işlədiyi bir çox saxtakarlıq günahından tutulub həbsə atılır.
Charles Ponzi
(1882-1949): 1920-ci ildə çökən qurduğu səadət zənciri sayəsində milyon dollarlar qazandı. Həbs cəzasını tamamladıqdan sonra batıq təhvilləri sərmayəçilərə sataraq aldadan Ponzi, ABŞ hökuməti tərəfindən İtaliyaya qaytarılır. 1949-cu ildə ölən Ponzi, İtaliyada Musoliniyə mali məsləhətçilik edir.
Bernie Madoff
(1938-): Təxminən 50 milyard dollarla Wall Street tarixinin ən böyük sui-istifadəsini imzaladı. ” Ponzi Oyunu” olaraq adlandırılan səadət zənciri ilə məşhur rejissorlar, banklar, hökumət adamlarının da iştirak etdiyi müştərilərini aldadan Madoff üçün hakimlər, sui-istifadə, yalan bəyan, personal ictimai kömək sandıqlarından oğurluq, ABŞ Sərmayə Bazarı Quruluna (SEC) saxta sənəd vermək 11 ayrı cinayətdən dolayı 150 il həbs cəzası istəndi.