Azərbaycanın bank-maliyyə sektorunun tanınmış nümayəndələrindən bir Müseyib Əliyev yeni vəzifəyə təyin edilib.
Eləcə də bax: Tanınmış iqtisadçı və bankir Dövlət Agentliyinə - Təyinat Alıb
FED.az xəbər verir ki, bir qədər əvvəl "Azərpoçt" MMC-dəki vəzifəsindən ayrılan mütəxəssis Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinə təyinat alıb.
M.Əliyev Agentliyin 1 saylı ərazi məşğulluq filialının rəhbəri təyin edilib.
Xatırladaq ki, Müseyib Əliyev ölkənin tanınmış maliyyə menecerlərindən biridir və indiyədək bank və maliyyə sektorlarında yüksək vəzifələrdə çalışıb.
M.Əliyev, 2001-ci ildən beynəlxalq Daxili Auditorlar İnstitutunun üzvü və “Audit Azərbaycan” İnstitutunun İdarə Heyətinin üzvüdür. 2002-ci ildən Azərbaycan Bank Tədris Mərkəzinin ekspert-müəllimidir.
2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna “Maliyyə, pul tədavülü və kredit” ixtisası üzrə aspiranturanı bitirib, 2005-ci ildə “Bazar münasibətləri şəraitində bankların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə edib. Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 14 iyul 2006-cı il tarixli qərarı iqtisad elmləri üzrə fəlsəfə doktorudur.