Valyuta hərraclarının keçirilməsi Dövlət Neft Fondunun transfetlərinin həyata keçirilməsi ilə bağlıdır.
Mərkəzi Bank valyuta hərracı barədə məlumat yaymağı dayandırıb? - RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
"Bu məbləğin manat şəklində transfert edilməsi üçün Dövlət Neft Fondu sərancamında olan valyuta ehtiyatlarının satışını həyata keçirərək həmin vəsaitləri büdcəyə transfer edir. Məbləğ hər il bəllidir, hər ilin sonu növbəti ildə nə qədər transfert olacaq o bəllidir. İkinci məsələ ondan ibarətdir ki, bu transfertin həyata keçirilməsi üçün Dövlət Neft Fondu birbaşa özü bazara çıxmalıdır, bir başa özü valyuta vəsaitləri sata bilər. Həm şəffaflığın, həm də prosesin idarə edilməsi üçün burada Mərkəzi Bank artıq neçə illərdir ki, agent qismində çıxış edərək, həmin valyutanı bazara hərrac vasitəsilə satır. Həmin hərracda, ölkədə fəaliyyət göstərən banklar iştirak edir və məzənnə sabit olduğu şəraitdə və bütün tələb ödənildiyi halda bu hərracların məlumatlarının yayılmasının səbəbini görə bilmirik. Çünkü həftə ərzində 2 dəfə hərrac keçirilir və həmin hərracların nəticələri çox dəyişkən olur və hər dəfə həftəiçi bu dəyişiklər baş verdikdə qalmaqala səbəb olur"- deyə sədr məlumat verib.
“Biz ona görə qərarə gəldik ki, hərracların transfertlərinin həyata keçirilməsi üçün təşkil edildiyini nəzərə alsaq, bu nəticələr açıqlanmasın. Həm məzənnə sabit qalırsa, həm də tələb tam ödənilirsə bu məlumat valyuta bazarında nələr baş verir təhlilləri üçün kifayət etmir” - deyə Taleh Kazımov əlavə edib.