Taleh Kazımov bildirib ki, yeni hədc alətinin bazara tətbiqi ilk növbədə Azərbaycana xarici beynəlxalq maliyyə institutlarının marağının artması ilə bağlıdır.
FED.az xəbər ki, onun sözlərinə görə, maliyyə sabitliyi istiqamətində aparılan islahatların nəticəsində bu maraq əhəmiyyətli şəkildə artıb.
“Xaricdən olunan hədc kifayət qədər limitlidir. Bu həm də ölkəyə valyuta axınının artımıdır,” – deyə o vurğulayıb.
Yeni hədc alətinin bankların xaricdən cəlb etdiyi vəsaitlər hesabına sahibkarlara verdiyi kreditlərin faizlərində 2-3%, ola bilsin 4% azalma müşahidə olunsun” – deyə Taleh Kazımov qeyd edib.
Mərkəzi Bank sədri əlavə edib ki, bu alət üzrə əməliyyatlarla bağlı daha ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq.