2022-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi valyuta hərraclarının 80 %-ində təklif tələbi üstələyib.
Mərkəzi Bank ötən il valyuta bazarına 2 milyard 8 milyon dollarlıq - Alış Müdaxiləsi Edib
FED.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov mətbuat konfransında deyib.
O bildirib ki, məzənnə sabitliyini təmin edilməsi üçün Mərkəzi Bank alış yönümlü müdaxilə keçirib: “Bu müdaxilənin həcmi 2,048 milyard ABŞ dolları olub. Proqnozlarımıza əsasən tədiyyə balansının cari əməliyyat hesabında proqnozlaşdırılan müsbət saldo bu ildə məzənnə sabitliyini təmin etməyə imkan verəcək”. (Report)