İstehlak kreditlərinin portfeli inflyasiyaya artırıcı təsir göstərir.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Taleh Kazımov qeyd edib ki, 2025-ci ilin sonuna qədər istehlak kreditləri portfelinin 13 faizə çatacağı gözlənilir. 2026-cı ilin sonunda isə bu göstəricinin 16 faiz ətrafında olacağı proqnozlaşdırılır.