Bu ilin sonuna ticarət balansının profisiti 13,9 milyard dollar təşkil edəcək.
Mərkəzi Bank faiz qərarını açıqladı - FAİZLƏR ENDİRİLDİ
FED.az xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov məlumat verib.
O bildirib ki, qeyri-neft ixracı 15% artıb. Cari əməliyyatlar balansının (CƏB) profisiti bu ilin sonuna 10 mlrd. dollar proqnozlaşdırılıb. Neftin orta qiyməti isə 84 dollar müəyyən edilib.
AMB sədri 2024-cü ilin sonuna CƏB-in profisitinin 8,5 mlrd. dollar olacağını açıqlayıb. (Apa)