2025-ci ildə dövlət büdcəsi xərclərinin inflyasiyaya təsiri davam edəcək.
Azərbaycanda 2025-ci il üçün inflyasiya proqnozu açıqlanıb
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaya və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı müzakirələrdə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, gələn il büdcənin ümumi xərclərinin inflyasiyaya 0,2 %, o cümlədən cari xərclərinin də 0,2 %, əsaslı xərclərinin isə neytral təsir edəcəyi gözlənilir. (Report)