Dövlət Gömrük Komitəsindən verilən məlumatlara əsasən xarici ticarət balansında 2,4 milyard abş dolları profisit müşahidə olunur.
FED.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
O bildirib ki, Azərbaycanın strateji valyuta ehtiyatları 73,5 milyard ABŞ dolları təşkil edib. Qlobal mühitdə çox qeyri-müəyyənlik baş verir.
Cari əməliyyatlar balansının profisiti 2025-ci ilin sonu 4 milyard və 2026-cı illər üzrə 3,5 milyard ABŞ dolları ətrafında olacağı gözlənilir.