Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Qazaxıstan səfəri çərçivəsində özbəkistanlı həmkarı Mamarizo Nurmuratovla görüşüb.
"Anti-inflyasiya tədbirləri inflyasiya yavaşlamasına şərait yaradıb"
FED.az xəbər verir ki, görüş zamanı Kazımov və Nurmuratov rəhbərlik etdiyi qurumların maliyyə sabitliyinin təmin olunmasındakı rolundan danışıblar.
Həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankı ilə Özbəkistan Mərkəzi Bankı arasında gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “Qazaxıstan maliyyəçilərinin XI konqresi” çərçivəsində bir sıra mərkəzi bankların sədrləri və nümayəndələri ilə hazırkı şərtlər daxilində həyata keçirilən monetar siyasət ətrafında müzakirələr də aparıb.
"Öz növbəmdə Azərbaycanda son dövrlərdə inflyasiyanın təsirlərinin aradan qaldırılması və inflyasiyanın Mərkəzi Bankın hədəf diapazonuna qaytarılması istiqamətində həyata keçirdiyimiz kompleks tədbirlərdən bəhs etdim", - Kazımov "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.