Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bir neçə gün əvvəl Milli Qəhrəman Hökümə Əliyevanın atasının kartından 80 min manatın oğurlanması və aidiyyəti bankın dərhal addımlar ataraq balansdan oğurlanan məbləğin geri qaytarılması ilə bağlı sualı cavablandırıb.
Hökumə Əliyevanın ailəsinin oğurlanan pulu - TAPILIB QAYTARILDI – «KAPİTALBANKDAN AÇIQLAMA»
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o bu barədə faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında danışıb.
Sədrin sözlərinə görə, informasiya və kibertəhlükəsizlik sahəsi xüsüsilə maliyyə sketorunda Azərbaycan Mərkəzi Bankının ən priotet istiqamətlərindəndir.
“Bank setoru üçün çox ciddi tələblər təsdiq etmişik kibertəhlükəsizliyin təmin olunması üçün. Dələduzluq hallarının əksəriyyəti müştərinin öz məlumatlarını üçüncü tərəflərlə paylaşdığı zaman baş verir. Biz o hala çatmamışıqki kimsə bank hesablarına daxil ola bilsin və dələduzluq halı yaşansın. Müştərilər öz məlumatlarını verir və bu halda dələduzluq baş tutur. Bizim əsas istiqamətimiz iki yöndədir, birincisi banklarımızın kibertəhlükəsizlik səviyyəsini artırmaq ikincisi isə maarifləndirmə tədbirləridir ki, əhali öz məlumatlarını verməsin. Bir çox hallarda bu dələduzluq halları xaricə gedib çıxır. Onu araşdırmaq, analiz etmək vaxt alır. Lakin bu qeyd olunan halda dələduzluq ölkə daxilində olub. Ona görə də təcili araşdırılıb və tədbir görülüb”.- deyə T.Kazımov əlavə edib.