2024-cü ilin son 4 ayında faizlər cüzi artıb.
"Hazırda hansısa BOKT-un kapital artımında problem yaşadığını demək tez olar"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
"Onun əsas səbəbi bazarda likvidliyin məhdudluğu vəziyyəti yaranmışdı. Bu vəziyyətin yaranmasının əsas səbəbi isə dövlət xəzinə qalıqları artırılırdı. Biz onun bir hissəsini azaltmağa birbaşa strelizasiya əməliyyatlarımızın hesabına nail olduq. Keçən ilin sonlarında faizin cüzi qalxması bəzi seqmentlərdə 0,5% bəzi seqmentlərdə isə 1% artması kreditləşməyə olan tələbin azalmasına təsir etməyib. 2018-ci ildən 2024-cü ilədək kreditlərin faiz dərəcələrinin demək olar dəyişmədiyini müşahidə edirik.” - deyə Taleh Kazımov əlavə edib.