Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov növbəti dəfə ölkədəki iqtisadçı-ekspertlərlə görüş keçirib.
"Anti-inflyasiya tədbirləri inflyasiya yavaşlamasına şərait yaradıb"
FED.az xəbər verir ki, bunu AMB-nin sədri "X" sosial şəbəkəsində hesabında bildirib.
"Görüşdən öncə ekspertləri maraqlandıran bir sıra mövzular üzrə AMB-nin nümayəndələrinin məlumat xarakterli təqdimatlar da baş tutdu. Görüş zamanı aktual mövzular üzərində fikir mübadiləsi aparıldı və ekspertləri düşündürən suallara münasibət bildirildi. Növbəti ildə də görüşlərimiz davam edəcək", - deyə o qeyd edib.