Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov III “Yüksəliş” müsabiqəsinin qalibi Fərahim Hacıyevlə Mentorluq proqramı çərçivəsində növbəti dəfə görüşüb.
FED.az AMB-yə istinadən xəbər verir ki, görüşdə müsabiqə qalibi üçün hazırlanmış fərdi inkişaf proqramı üzrə görülmüş tədbirlər və gələcək təşəbbüslərdə iştirak imkanları nəzərdən keçirilib. Həmçinin sədr tərəfindən idarəetmə sahəsində bilik və bacarıqların artırılması istiqamətində tövsiyələr səsləndirilib.
F.Hacıyev isə öz növbəsində mentorluq proqramı çərçivəsində T.Kazımovun şəxsi təcrübəsindən faydalanmaqdan məmnunluğunu bildirib.