Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov II “Yüksəliş” müsabiqəsinin qalibi Emil Məmmədli ilə mentorluq proqramı çərçivəsində növbəti dəfə görüşüb.
Mərkəzi Bankın sədri Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə - GÖRÜŞÜB
FED.az xəbər verir ki, bunu sədr tviter hesabında bildirib.
"Görüşdə AMB-nin ölkədə maliyyə sabitliyinin təmin olunması, maliyyə sektorunun müasir tələblərə cavab verməsi istiqamətində gördüyü işlərə dair fikir mübadiləsi apardıq, müsabiqə qalibi üçün hazırlanmış fərdi inkişaf proqramı əsasında AMB-nin həyata keçirəcəyi fəaliyyətlər və layihələrdə iştirak perspektivlərini müzakirə etdik", - deyə o qeyd edib.