Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov qurumun əməkdaşları, Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Şahin Mahmudzadə və İlahə Baxışova Tahirli ilə görüşüb.
Mərkəzi Bankda sığortalıların hüquqlarının qorunması - MÜZAKİRƏ EDİLİB
AMB-dən FED.az-a bildirilib ki, görüş zamanı qurumun sədri Taleh Kazımov müsabiqədə əməkdaşlarımızın iştirakı və seçim mərhələlərindəki yüksək nəticələri barədə danışaraq əməkdaşlarımızı qürurverici uğur qazanmaları münasibətilə təbrik edib və onlara gələcək karyera fəaliyyətlərində uğurlar arzulayıb.