Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov iştirak etdiyi “Qazaxıstan maliyyəçilərinin XI konqresi” çərçivəsində bir sıra mərkəzi bankların nümayəndələri ilə hazırkı şərtlər daxilində həyata keçirilən monetar siyasət ətrafında müzakirələr aparıb.
FED.az xəbər verir ki, bunu o, "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Öz növbəmdə Azərbaycanda son dövrlərdə inflyasiyanın təsirlərinin aradan qaldırılması və inflyasiyanın hədəf diapazonuna qaytarılması istiqamətində həyata keçirdiyimiz kompleks tədbirlərdən bəhs etdim", - deyə sədr qeyd edib.