"Bəzi bankların maliyyə göstəriciləri üzrə çağırışlar var".
Taleh Kazımov: "Cari əməliyyatlar hesabı bu il profisitli olacaq"
FED.az xəbər verir ki, bunu mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
"Onlar sistem əhəmiyyətli banklar deyil. Onlar ilə çalışırıq",- Kazımov deyib.
Taleh Kazımov "maliyyə sektrounun ümumi vəziyyətini qənaətbəxş hesab edirəm" deyib və əlavə edib:
"Kredit portfelinin keyfiyyəti qənaətbəxşdir. Qeyri işlək kreditlərin portfeldə xüsusi çəkisi cəmi 3,7%-dir. Soruşsanız "maliyyə sektorunun ümumi vəziyyəti sizi tam qane edir?", deyərdim "etmir". İstəyirəm maliyyə sektorunun iştirakçıları risklərin idarə edilməsi və korporativ idarəetmə üzrə qabaqcıl təcrübənin tətbiqini daha da artırsınlar". (Marja)