"Növbəti iki ay ərzində yerli valyuta bazarında müəyyən alış yönlü müdaxilələrimiz olacaq".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.
Sədrin sözlərinə görə, bu müdaxilələrin həcmi, ehtimal ki, 500 milyon - 1 milyard dollar arasında ola bilər.
"Mərkəzi Bankın valyuta ehtiyatlarını müəyyən səviyyəyə çatdırmaqla bağlı hədəfi və ya limiti yoxdur, - deyə o, əlavə edib.













