Azərbaycan Mərkəzi Bankı (AMB) və ABŞ Xəzinədarlıq Departamenti arasında kibertəhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi və ümumilikdə maliyyə sabitliyinin təmin olunması istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.
Azərbaycanın bankçılıq missiyası ABŞ Dövlət Departamentində görüş keçirib - FOTO
FED.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Azərbaycan bankçılıq missiyasının növbəti görüşləri ABŞ Xəzinədarlıq Departamentində keçirilib. Xəzinədarlıq katibinin qlobal məsələlər üzrə köməkçisi Anna Moris və Xəzinədarlıq Departamentinin Avropa və Avrasiya üzrə katib köməkçisinin müavini Brayan Makkauley ilə məhsuldar müzakirələrə qatıldıq.
Görüşlər zamanı Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət tədbirlərini nəzərdən keçirdik, makroiqtisadi məsələlər ətrafında fikir mübadiləsi apardıq", - o qeyd edib.
T. Kazımov bildirib ki, həmçinin qurumlar arasında risklərin dəyərləndirilməsi və idarə olunması istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.