Növbəti 3 ildə Azərbaycanda dövlət büdcəsinin xərclərində artımın çox az olacağı gözlənilir ki, bu da inflyasiyanın cilovlanmasına dair monetar və fiskal siyasətdən, bütövlükdə əhalinin bahalaşmadan əziyyət çəkməməsi üçün büdcə xərclərinin inflyasiya spiralı yaratmaması istəyindən irəli gəlir.
“On milyonluq əhali üçün 34 milyardlıq büdcə olduqca kiçikdir”
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Tahir Mirkişili bildriib.
"Ölkəmizdə digər mühüm məsələ məşğulluğun artırılması, iqtisadi aktivliklə bağlı tədbirlərin həyata keçirilməsidir. İstənilən halda büdcə xərclərinin çox artmasına imkan verməmək kimi doğru iqtisadi siyasət yürüdülür", - deyə o qeyd edib.
2024-cü ildə Azərbaycanda büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərini isə 36 milyard 763 milyon manat olacağı proqnozlaşdırılır. Bu, 2023-cü ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 282 milyon manat (0,8 %) və 138 milyon (0,4 %) çoxdur. Son nəticədə büdcədə 2 milyard 590 milyon manat kəsir yaranmalıdır ki, bu da 5,3 % azalma deməkdir. (Report)