2023-cü ilin avqustunda SWIFT vasitəsilə beynəlxalq ödənişlərdə dolların payı iyulda 46,5%-ə qarşı 48,03%-ə yüksəlib ki, bu da bütün müşahidə dövrü üçün maksimum olub.
Türk lirəsilə bağlı bədbin proqnozlar - DAVAM EDİR
FED.az xəbər verir ki, bu barədə beynəlxalq banklararası ödəniş sisteminin hesabatında bildirilir.
Qeyd olunur ki, bu il avqustun sonunda avronun beynəlxalq transsərhəd hesablaşmalarda payı rekord aşağı həddə düşüb: Avqusta vahid Avropa valyutası daha 1,22 faiz bəndi itirib, hesablaşmalarda xüsusi çəkisi 23,2 faiz təşkil edib. Avro SWIFT vasitəsilə ödənişlər üçün ən çox istifadə edilən ikinci valyutadır.
SWIFT vasitəsilə transsərhəd ödənişlərdə ən çox istifadə edilən üçüncü valyuta Britaniya funt sterlinqidir. Onun istifadə payı iyulda 7,63%-ə qarşı bu ilin avqustunda 7,14%-ə qədər azalıb. SWIFT vasitəsilə ödənişlər üçün ən çox istifadə olunan valyutalar siyahısında dördüncü və beşinci yerləri müvafiq olaraq Yapon yeni və Çin yuanı tutur.
“Kommersant”ın “Pul hara gedir” məqaləsində yeni beynəlxalq vəziyyətdə transsərhəd köçürmə sisteminin işləməsi haqqında ətraflı oxuyun. (Marja)