Xəbər verildiyi kimi, Qərb ölkələri Ukraynaya hücum etdiyinə görə, Rusiyanı qlobal hesablaşmalar sistemindən – Swift-dən çıxarırlar.
FED.az xəbər verir ki, Swift (Society for Worldwide Interbank Financial Telecommunication), yəni Ümumdünya Banklararası Maliyyə Rabitə Cəmiyyəti 1973-cü ildə 15 ölkədən 239 bankın iştirakı ilə yaradılıb və baş ofisi Belçikadadır.
Swift-in əsas məqsədləri maliyyə əməliyyatlarını standartlaşdırmaq və sadələşdirmək, xərcləri azaltmaq və əməliyyat risklərini azaltmaqdır. Bu məqsədlərə nail olmaq üçün 200-dən çox ölkədə bank və maliyyə institutları Swift-ə üzv olublar.
Swift üzvlərinə standartlaşdırılmış ünsiyyət mühiti təqdim etməklə yeni iş imkanları və gəlir axınları yaratdı. Pul köçürmələri hər bir banka məxsus parollardan istifadə etməklə həyata keçirilir. 2019-cu ilin sonunda üzv bank və ya maliyyə qurumlarının sayı 11 mini keçib.
Swiftdən əvvəl Telex beynəlxalq fond köçürmələri üçün istifadə edilən yeganə alət idi. Swift kimi vahid kod sisteminə malik olmayan Telex təhlükəsizlik və sürət problemlərinə səbəb olurdu. Bu problemləri həll etmək üçün 1973-cü ildə Swift sistemindən istifadə edilməyə başlandı.
Swift sistemindən kim istifadə edir?
Swift biznes və fiziki şəxslər üçün pul köçürmələri üçün bir çox xidmətlər təklif edir. Swift-in təsisçiləri sistemi Xəzinədarlıq və digər tərəflərlə daha asan ödəniş əlaqəsi qurmağı hədəfləyirdi. Lakin sonradan Swift getdikcə daha çox yayıldı və bir çox qurumlar tərəfindən istifadə olunmağa başladı.