ABŞ-ın “Silicon Valley Bank” (SVB) bankının iflasından ötən iki gün ərzində dünyanın maliyyə sektorunun kapitallaşması 465 milyard dollar azalıb.
ABŞ-ın ən böyük banklarından biri - MÜFLİS OLDU
FED.az xəbər verir ki, SVB-nin iflası ən çox Amerikanın regional banklarına zərər vurub. Belə ki, “KBW Regional” bank indeksinin qiyməti 7,7 faiz azalaraq 2020-ci ilin iyunundan bəri ən sərt enişini yaşayıb. Asiya-Sakit Okean regional indeksinin (MSCI Asia Pacific) dəyəri 3,1 faiz azalıb. Yaponiyanın “Mitsubishi UFJ” bank holdinqinin səhmləri 8,6 faiz, Cənubi Koreyanın “Hana Financial Group” kompaniyasının səhmləri 3,9 faiz, Avstraliyanın “ANZ Group Holdings” kompaniyasının səhmləri isə 1,5 faiz ucuzlaşıb.
Martın 10-da Kaliforniyanın maliyyə müdafiəsi departamenti Birləşmiş Ştatların ən iri 16-cı bankı olan SVB-nin iflasa uğradığını elan edib. Əsasən texnologiya sektoruna xidmət edən bank iki sutkadan az bir müddət ərzində iflasa uğrayıb. Bu, 2008-ci il maliyyə böhranından sonra ABŞ-ın bank sektorunda ən böyük iflasdır. “Silicon Valley Bank” martın 12-də Nyu-York ştatının profil orqanının qərarı əsasında bağlanıb. (Azərtac)