Bu ilin yanvar-sentyabr ayları ərzində ölkənin strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələməkdə davam edib.
Azərbaycanın valyuta ehtiyatlarının - MƏBLƏĞİ AÇIQLANIB
FED.az Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"na istinadla xəbər verir ki, sentyabrın sonuna ölkənin strateji valyuta ehtiyatları 34 aylıq mal və xidmət idxalına kifayət edib (2023-cü ilin I yarısı üzrə mal və xidmət idxalı götürülməklə).
Strateji ehtiyatlar manatla pul kütləsini (M2) 3,4 dəfə üstələyib (2023-cü ilin 9 ayının yekunu üzrə olan M2 pul aqreqatı götürülməklə).