Azərbaycan tədricən xarici maliyyələşdirmədən daha çox yerli maliyyələşdirməyə keçməyi planlaşdırır.
S&P Azərbaycanın iqtisadi artım proqnozunu - AÇIQLAYIB
FED.az xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycan üzrə hesabatında bildirilib.
S&P həmçinin əlavə edib ki, AqrarKredit-in zəmanətli borcu nəzərə alınmasa Azərbaycanın birbaşa dövlət borcu aşağıdır: "Hökumət Azərbaycan Beynəlxalq Bankını 2017-ci ildə bankı restrukturizasiya edib və borcunun bir hissəsini öz üzərinə götürüb. ABB-nin balans dəyəri təxminən 10 milyard manat olan problemli kreditlərini Azərbaycan Mərkəzi Bankı tərəfindən maliyyələşdirilən dövlət bank olmayan kredit təşkilatı AqrarKredit-ə köçürüb. Mərkəzi bank tərəfindən AqrarKredit-ə verilən kreditlərə dövlət zəmanəti var. Beləliklə, biz AqrarKredit-in 9,5 milyard manatlıq dövlət zəmanəti ilə verilmiş kreditlərini ümumi dövlət borcuna daxil edirik. AqrarKredit-in zəmanətli borcunu nəzərə almasaq, Azərbaycanın birbaşa dövlət borcu aşağıdır və 2022-ci ilin sonunda ÜDM-in təxminən 11%-i səviyyəsində təxmin edilir. Bunun təxminən dörddə biri yerli valyutada ifadə edilmiş daxili borc, qalan hissəsi isə xarici valyuta ilə ifadə olunan borcdur". (Apa)