"2022-ci ildə Azərbaycanda sərfəli karbohidrogen qiymətlərinin iqtisadiyyata dəstəyi ilə problemli kreditlərin sabitləşməsini və bankların gəlirliliyinin yüksələcəyini gözləyirik".
Eləcə də bax: Bank sektorunun əsas göstəriciləri - AÇIQLANDI - RƏQƏMLƏR -CƏDVƏL
FED.az xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib.
Agentliyə görə, bank sektorunda problemli kreditlərin həcmi bu ilin ortasında müəyyən edilən 3,5%-dən bir qədər çox, 4,5% civarında olacaq. 2023-cü il üzrə isə problemli kreditlərin 4%-ə enəcəyi proqnozlaşdırılıb.
“S&P" bu il üçün Azərbaycanda bank kreditləşməsini 15%, 2023-cü il üzrə isə 13% artacağını müəyyən edib. Agentlik həmçinin bank aktivlərinin gəlirliliyini (RoAA) bu il üçün 1,5%, 2023-cü il üçün 1,2% proqnozlaşdırıb. Reytinq agentliyi 2021-ci ildə bankların aktivləri üzrə gəlirliyini 1,7% təsdiqləmişdi.
Bundan əlavə, “S&P" 2022-2023-cü illərdə kredit itkilərinin tarixi tsiklik səviyyələrdən olduqca aşağı ortalama kredit portfelinin 0,5-1 %-i daxilində qalacağını proqnozlaşdırıb. (Apa)