“Standard & Poor’s” (S&P) beynəlxalq kredit reytinq 2023-cü ildə büdcə kəsiri və mənfi iqtisadi proqnozlar fonunda Fransanın kredit reytinqini “AA”dan “AA-“yə endirib.
İran, HAMAS, su və təhlükəsizlik - «Moody's» İsrailin risklərlə dolu – YENİ REYTİNQİNİ AÇIQLADI
XİN: Fransanın Azərbaycana qarşı həyata keçirdiyi kampaniya - CAVABSIZ QALMAYACAQ
FED.az xəbər verir ki, reytinq agentliyi 2023-cü ildə büdcə kəsirinin gözləniləndən çox olduğunu nəzərə alıb. Açıqlamada deyilir ki, 2023-cü ildə Fransa büdcəsinin 5,5%-lik büdcə kəsiri, «agentliyin proqnozlaşdırdığından xeyli artıq olub».
Bundan əlavə, S&P Fransanın büdcə kəsirinin 2027-ci ilə qədər ÜDM-in 3%-nə qayıdacağını gözləmir.
“France info” radiosunun məlumatına görə, büdcə kəsirinin 2023-cü ildə ÜDM-in gözlənilən 4,9%-dən faktiki 5,5%-ə yüksəlməsinə Çin iqtisadiyyatının yavaşlaması və Ukraynadakı münaqişə kimi xarici amillər səbəb olub.
İqtisadçıların fikrincə isə 2024-cü ildə büdcə kəsiri də proqnoz intervalında (təxminən 4,4%) qala bilməz. Bu rəqəm ilin sonunda ÜDM-in 5,1%-5,2%-i ola bilər.
Bundan əvvəl Fransa hakimiyyəti 2027-ci ilə qədər büdcə kəsirini ÜDM-in 3%-nə endirmək məqsədinə sadiq olduqlarını bəyan etmişdi. Bu, Avropa İttifaqı səviyyəsində müəyyən edilmiş maksimum kəsirdir.
Bundan əlavə, Agentlik hesab edir ki, Fransanın dövlət borcunun ÜDM-ə nisbəti 2023-cü ildə 109% olduğu halda, 2027-ci ildə bu rəqəm 112%-ə yüksələcək ki, bu da gözlənilənin əksinədir.
Reytinq aşağı salınsa da, «S&P» Fransa üzrə iqtisadi artım proqnozunu «sabit» səviyyədə saxlayıb, agentlik hesab edir ki, real iqtisadi artım güclənəcək və hökumətin büdcə səylərini dəstəkləyəcək. Hərçənd bu dövlət borcunun ÜDM-ə nisbətinin azalması üçün kifayət etməyəcək.
Fransanın kredit reytinqinin aşağı salınması investorları qoruda və borcun qaytarılmasını çətinləşdirə bilər. Maraqlıdır ki, bu il ərzində digər nüfuzlu reytinq agentlikləri «Moody's» və «Fitch» Fransanın reytinqini azaltmayıblar.