“S&P Global Reytinq” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini “BB+/B'” səviyyəsində təsdiqləyib.
Azərbaycanda gələn il dövlət investisiya hesabına 169 yeni layihə maliyyələşdiriləcək
FED.az xəbər verir ki, bu barədə agentlik bildirir.
Məlumata görə, reytinqlər üzrə proqnoz “sabit”dir.
“S&P” qeyd edib ki, Azərbaycan iqtisadiyyatı karbohidrogenlərdən asılı olaraq qalır.
Agentlik “Brent” markalı neftin orta qiymətini 1 barel üçün 75 ABŞ dolları səviyyəsində proqnozlaşdırır. Bundan əlavə, “S&P” analitikləri Azərbaycanda əsas yataqlardan neft hasilatının daha da azalacağını proqnozlaşdırır.
Bununla əlaqədar agentlik Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabı profisitinin azalacağını gözləyir.
"Bununla belə, Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) əhəmiyyətli likvid fiskal aktivlər toplayıb ki, bunlar da proqnozlarımıza görə 2024-cü ilin sonuna ümumi daxili məhsulun (ÜDM) təxminən 80 %-ni təşkil edəcək. Bu aktivlər ölkəni lazımi təhlükəsizlik yastığı ilə təmin etməlidir", - məlumatda vurğulanıb.
Stabil proqnoz neft hasilatının tədricən azalmasına baxmayaraq, Azərbaycanın əhəmiyyətli fiskal və xarici buferlərinin iqtisadiyyatı ticarət şərtlərində mümkün şoklardan qoruya biləcəyini əks etdirir.
“S&P” Azərbaycanın fiskal balansları orta müddətli perspektivdə onun gözlədiyindən əhəmiyyətli dərəcədə zəif olarsa, reytinqləri aşağı sala bilər. Bu, ölkədə neft hasilatı gözləniləndən daha sürətlə azalarsa baş verə bilər.
“Əgər Azərbaycan davamlı olaraq ikili fiskal və cari hesab profisitləri əldə etməyə davam edərsə və regionda geosiyasi risklər azalarsa, reytinqləri artıra bilərik”, - S&P-nin açıqlamasında deyilir. (Report)