“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2024-cü ilədək Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının $6 milyard 549 milyonadək artacağını proqnozlaşdırır.
Eləcə də bax: Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını - ARTIRIB
FED.az xəbər verir ki, 2019-cu ilin yekunları üzrə AMB-nin valyuta ehtiyatları $6 milyard 258 milyon təşkil edib. Beləliklə, S&P-nin proqnozlarına görə, 2020-2023-cü illərdə bankın ehtiyatları 4,7% artacaq.
Agentliyin proqnozlarına görə, 2020-ci ildə AMB-nin valyuta ehtiyatları $5 milyard 922 milyonadək azalacaq, 2021-ci ildə $6 milyard 140 milyonadək, 2022-ci ildə $6 milyard 328 milyonadək, 2023-cü ildə $6 milyard 549 milyonadək artacaq.
30 iyun 2020-ci il tarixinə AMB-nin valyuta ehtiyatları $6 milyard 436,3 milyon təşkil edir.
Xəbər verildiyi kimi, AMB-nin valyuta ehtiyatlarının maksimum məbləği 30 iyun 2014-cü il tarixində qeydə alınıb və $15 milyard 163,2 milyon təşkil edib, lakin 2014-cü ilin ikinci yarısından dünya bazarlarında neftin ucuzlaşması şəraitində milli valyutanın məzənnəsinin saxlanılması üçün valyuta ehtiyatlarından istifadə olunduğuna görə onların həcmi azalmağa başlayıb. Nəticədə 2014-cü ilin sonuna AMB-nin valyuta ehtiyatları $13 milyard 758,3 milyonadək, 2015-ci ilin sonuna $5 milyard 16,7 milyonadək, 2016-cı ilin sonuna $3 milyard 974,4 milyonadək azalıb.
2017-2019-cu illərdə AMB-nin valyuta ehtiyatları artıb. Xüsusilə 2017-ci ildə bankın valyuta ehtiyatları 34,2%, 2018-ci ildə 5,4%, 2019-cu ildə isə 11,2% artıb. (İnterfaks)