"Standard & Poor's (S&P) beynəlxalq reytinq agentliyi Qazaxıstanın suveren kredit reytinqini "BBB-/A-3" səviyyəsində, "stabil" proqnozu ilə təsdiqləyib.
“S&P” Ermənistanın reytinqini yüksəldib – Səbəb Rusiyadan kapital axınıdır!
FED.az xəbər verir ki, bu barədə respublikanın Milli İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qazaxıstanın reytinqini dəstəkləyən əsas amillərin “ölkə iqtisadiyyatının güclü fiskal və xarici balansı, xalis dövlət borcunun aşağı olması və ölkənin likvid xarici aktivlərinin vəziyyətinin xarici şoklardan qorunması” olduğu qeyd edilib.
Analitiklərin fikrincə, icmal büdcə kəsiri 2023-2026-cı illərdə ÜDM-in orta hesabla 1,6%-nə qədər azalacaq. Eyni zamanda, vergi siyasəti və inzibatçılığın islahatları üzrə səylər dövlət gəlirlərinin artmasına kömək edəcək.
Ümumilikdə, S&P 2023-2026-cı illərdə Qazaxıstan iqtisadiyyatının artımını 4% səviyyəsində proqnozlaşdırır. (Marja)