S&P Global Ratings Beynəlxalq reytinq agentliyi 2021-ci ildə Azərbaycanda ÜDM-in artımını 2,4% səviyyəsində proqnozlaşdırır.
Eləcə də bax: “Ötən il ÜDM-nin 5% azalacağı gözlənilirdi, 4,3% azalmaya nail olduq”
FED.az xəbər verir ki, 2021-ci ilin yanvar ayında S&P Global Ratings cari il Azərbaycanda ÜDM-in artımını 2,1% proqnozlaşdırıb.
“Qiymətləndirmələrimizə əsasən, 2021-ci ildə Azərbaycanda real ÜDM-in proqnozlaşdırılan artım templəri 2,4% və 2020-ci ildə COVİD-19 pandemiya səbəbindən iqtisadi azalmadan sonra, 2022-2023-cü illər ərzində orta hesabla 4,7% təşkil edəcək” deyə S&P bildirib.
Azərbaycan hökuməti 2021-ci ildə ÜDM-nin artımını 3,4% səviyyəsində proqnozlaşdırır.
2020-ci ildə Azərbaycanda ÜDM COVID-19 səbəbindən tətbiq olunan məhdudiyyətlər və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azalması ilə əlaqədar 4,3% azalıb. (İntrefaks)