Milyarder investor Corc Soros 25 milyard dollarlıq "imperiyasına" nəzarəti oğlu Aleksə təhvil verdiyini təsdiqləyib.
Azərbaycanlı milyarder Göyçaydakı biznesindən özünə və ailə üzvlərinə – DİVİDEND VERƏCƏK, BİZNESİNDƏ YENİLİK EDƏCƏK
FED.az xəbər verir ki, 92 yaşlı Sorosun sərvəti 6,7 milyard dollardır və Forbes-ə görə dünyanın ən varlı 400 adamından biridir. 2017-ci ildə o, ailə ofisindən 18 milyard dolları 100-dən çox ölkədə fəaliyyət göstərən və oğlu Aleks tərəfindən dekabrda prezidenti təyin edilmiş "Open Society Foundations" (Açıq Cəmiyyət Fondu) xeyriyyə təşkilatına köçürüb.
Həftə sonu yayımlanan “Wall Street Journal”a eksklüziv müsahibəsində Aleks atasından “daha siyasi” olduğunu deyib və Soros təşkilatının gələn il ABŞ seçkilərində böyük maliyyə rolu olacağına eyham vurub.
Açıq Cəmiyyət Fondları CNBC-nin sorğusuna dərhal cavab verməyib, lakin sözçüsü "Reuters" xəbər agentliyi ilə müsahibənin təfərrüatlarını təsdiqləyib. (Marja)