Oktyabr ayında Çində ixrac 2020-ci ilin may ayından bəri ilk dəfə olaraq illik müqayisədə azalıb.
FED.az xəbər verir ki, Çinin Gömrük Baş İdarəsinin məlumatlarına görə, oktyabr ayında ixrac əvvəlki ilin eyni dövrünə görə 0,3% azalaraq 298,37 milyard dollara gerilədi.
Bu, COVİD-19 epidemiyasının ilk təsirlərinin hiss olunduğu 2020-ci ilin may ayından bəri ilk dəfə olaraq ixracın azaldığı ilk haldır.
İxracın azalması dünyada tələbatın aşağı düşməsi ilə yanaşı, həm də Çində Covid-19-a qarşı tədbirlərin tədarük zəncirlərində yaratdığı problemlərlə bağlıdır.
İdxal isə oktyabr ayında əvvəlki ilin eyni dövrünə görə 0,7% azalaraq 213,22 milyard dollara geriləyib.
Sentyabrda 84,75 milyard dollar olan xarici ticarət müsbət saldosu oktyabrda 85,15 milyard dollara yüksəlib.
Xatırladaq ki, bir ay əvvəl – sentyabrın nəticələrinə görə, Çində ixrac 5,7 faiz, idxal isə 0,3 faiz artmışdı.