2023-cü il sentyabr ayının 1-nə Azərbaycanda bank müştərilərinin sayı illik müqayisədə 6.7% və ya 898 min 369 nəfər artaraq 14 milyon 215,25 min nəfər olub.
Azərbaycanda bankların şöbələrin sayı aylıq artıb, illik azalıb
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bank müştərilərinin sayı cari ilin avqust ayının 1-i ilə müqayisədə 1% və ya 151 min 493 nəfər artıb.
Bu dövrdə bank müştəri hesablarının sayı isə illik müqayisədə 21.1% və ya 6 milyon 403.2 min ədəd artaraq 36 milyon 750.2 min ədəd təşkil edib.
Qeyd edək ki, bu dövrdə müştəri hesablarının 79.5%-ni cari hesablar ( 29 mln. 229.1 min), 19.6%-ni kredit hesabları ( 7 milyon 209.8 min), 0.9%-ni isə depozit hesabları (311 min) təşkil edib. (Apa)