Son 5 il ərzində 688 qadın sahibkara 54,2 milyon manat güzəştli kredit verilib.
Sahibkarlığın İnkişafı Fondundan FED.az-a bildirilib ki, bu kreditlər hesabına 1822 yeni iş yerinin yaradılması nəzərdə tutulub. Qadın sahibkarlar bizneslərini inkişaf etdirmək üçün dövlətin güzəştli maliyyə mexanizmlərindən yararlanır.