SOCAR dron və anti-dronların hazırlanması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkına (YTP) texniki göstəricilər təqdim edib.
FED.az xəbər verir ki, YTP-dən verilən məlumata görə, qurumlar arasında qeyd olunan məsələyə dair əməkdaşlıq müzakirə olunub. Bununla bağlı SOCAR-ın təhlükəsizlik idarəsinin rəis müavini Şahin Əliyev və informasiya texnologiyaları şöbəsinin rəisi İlkin İsmayılov YTP-yə səfər ediblər.
Eləcə də bax: Türkiyədə aldığı şirkətlərin idarəçiliyi üçün yeni şirkət yaradıb - SOCAR
Səfər çərçivəsində YTP-də AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi tərəfindən hərb və müdafiə qüdrətinin artırılması istiqamətində həyata keçirilən layihələr və xüsusilə neft-qaz platformalarında müşahidə üçün yararlı olan müasir tipli məhsullar (dronlar, pilotsuz uçuş aparatları, anti-dronlar və s.) barədə qapalı görüş keçirilib.