“Hesabat ilində Dünya Bankı tərəfindən ali audit orqanlarının müstəqillik indeksi qiymətləndirilib”.
Eləcə də bax: Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı - YENİLİK - QANUN DƏYİŞİR
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, Azərbaycan Hesablama Palatasının müstəqilliyi yüksək qiymətləndirilib: “Strateji planın 2021-ci il üzrə qiymətləndirilməsi zamanı müvafiq dövlət orqanlarının məlumatlarının rəqəmsallaşdırılmasında ciddi axsamalar mövcuddur. Kənar Dövlət Maliyyə Nəzarəti tədbirləri zamanı dövlət qulluğu ilə müəyyən edilmiş normaların bəzi dövlət qurumlarında ciddi şəkildə pozulduğu aşkarlanıb. Əmək münasibətlərinə dair informasiya sistemində qeydiyyatdan keçmədən əmək müqavilələri bağlanıb”. (Apa)