"Kartaş Kimya" MMC tikinti materialları və kimyəvi qatqıların istehsalı sahəsinin təşkili layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 6 milyon manat güzəştli kredit əldə edib.
SİF aqroparkların yaradılmasına 142 milyon manat kredit ayırıb
FED.az xəbər verir ki, bu barədə Sahibkarlığın İnkişafı Fondu məlumat yayıb.
Qeyd edilib ki, layihənin maliyyələşdirilməsi "Azərbaycan Beynəlxalq Bankı" ASC vasitəsilə həyata keçirilib.
Güzəştli kreditin şərtlərinə görə, kiçik həcmli (5 000 - 50 000 manatadək), orta həcmli (50 001 - 1 000 000 manatadək) və böyük həcmli (1 000 001 - 10 000 000 manatadək) kreditlər təklif olunur. Kiçik həcmli kreditlər 3 ilədək, orta həcmli kreditlər 5 ilədək, iri həcmli kreditlər 10 ilədək müddətə ayrılır. Bütün kreditlər üzrə faiz dərəcəsi illik 5%-dək, güzəşt müddəti kredit müddətinin yarısınadəkdir.