Hazırda Azərbaycan Mərkəzi Bankında maliyyə sisteminin inkişafı strategiyası formalaşdırılır.
"Azərbaycanda token əməliyyatların həcmi 2 mlrd. manata yaxınlaşıb"
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Fərid Osmanov məlumat verib. Bildirib ki, bu strategiyanın başlıca məqsədi ölkədə maliyyə intensivliyinin artırılması, maliyyə xidmətlərinin dərinliyi və diversifikasiyasının genişləndirilməsi, nəticədə maliyyə sistemində şəffaflığın və rəqabətliliyin təmin edilməsidir.
“İnanırıq ki, bank sektoru və digər sahələrlə əməkdaşlıq çərçivəsində ölkəmizin maliyyə sisteminin növbəti strateji səhifəsində daha böyük uğurlara imza atacağıq”, - F.Osmanov qeyd edib.
F.Osmanovun sözlərinə görə, strateji hədəf növbəti dövrdə açıq bankçılıq konsepsiyasının formalaşdırılması və açıq bankçılıqdan açıq maliyyəyə keçidin sürətləndirilməsidir: “Bu keçid bizə imkan verəcək ki, bank sektoru ilə yanaşı, sığorta sektoru və kapital bazarları sahəsində də açıq məlumatların paylanması imkanlarını təşviq edək". (vergilər.az)