2025-ci ilin ilk rübündə Azərbaycana Səudiyyə Ərəbistanından fiziki şəxslərin pul köçürmələrinin həcmi 5 milyon 951 min ABŞ dolları təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 23 min ABŞ dolları və ya 51,5% artıb.
Xatırlatma üçün bildirək ki, 2024-cü ilin ilk rübündə Azərbaycana Səudiyyə Ərəbistanından köçürülmüş fiziki şəxslərin pul köçürmələrinin həcmi 3 milyon 928 min ABŞ dolları olub.
Hesabat rübündə Azərbaycana ümumi pul köçürmələrində Səudiyyə Ərəbistanının payı 2,6% təşkil edib. 2024-cü ilin ilk rübündə isə bu göstərici 1,3% idi.