Ər-Riyad və Ankara Səudiyyə Ərəbistanının Türkiyə Mərkəzi Bankına 5 milyard dollarlıq əmanət yerləşdirməsi ilə bağlı müqavilə imzalayıb.
ARDNF Türkiyə Mərkəzi Bankında yerləşdirdiyi depozitin müddətini daha - 5 AY UZADIB
FED.az xəbər verir ki, bu barədə “A Haber” telekanalı xəbər yayıb.
“Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında Türkiyə Cümhuriyyətinin Mərkəzi Bankında 5 milyard dollar məbləğində əmanət yerləşdirməyə dair saziş imzalanıb”, - telekanal xəbər verir.
Daha əvvəl Türkiyənin “Cumhuriyet” qəzeti Türkiyə ilə Səudiyyə Ərəbistanının svop sazişi bağlaya biləcəyini yazmışdı. (Marja)