Mərkəzi Bank ilin 9 ayında iqtisadiyyata kredit qoyuluşlarını açıqlayıb. FED.az hesabata istinadən xəbər verir ki, yanvar-sentyabr aylarında ölkə üzrə verilən kreditlərin ümumi məbləği 12 milyard 302,04 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 544,6 milyon manat çox, 8 ayın nəticələrinə nisbətən isə 4,1 milyon manat azdır.
Kreditlərin 15,1 % və ya 1 milyard 858,8 milyon manatı dövlət banklarının payna düşür ki, bu da ilin əvvəlindən 57,4 milyon manat az, avqustun sonuna nisbətən isə 46,1 milyon manat çoxdur.
Özəl banklar isə verlən kreditlərin 10 milyard 42,6 milyon manatı və ya bütün kredit portfelinin 81,6% düşür. Bu ilin əvvəlinə nisbətən özəl bankların veridiyi kreditlər 621,2 milyon çox, avqustun sonuna nisbətən isə 50,2 milyon manat azdır.
Qalan 401,1 milyon manatı və ya 3,3 % qeyri-bank kredit təşkilatlarına aidir. Qeyri bank kredit təşkilatlarının kreditlərinin həcmi ilin əvvəlinə nisbətən 19,1 milyon manat azdır.