Asiya İnkişaf Bankı alternativ enerji layihələri ilə bağlı təklifləri dəyəndirməyə hazırdır.
FED.az xəbər verir, bunu ADMEDİA reklam şirkətinin təşkilatçılığı ilə Bakıda keçirilən III Maliyyə və İnvestisiya Forumunda Asiya İnkişaf Bankının (ADB) İnvestisiya üzrə baş inzibatçı Sənan Şabanov deyib.
Sənan Şabanovun sözlərinə görə, bu tələbdən irəli gələn bir fəaliyyətdir. Əgər yerli şirkətlərin hansısa yenilənən alternativ enerji layihələri varsa biz onları məmnuniyyətlə nəzərdən keçirməyə və dəyərləndirməyə hazırıq.
Qeyd edək ki, Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyi 2004-cü ildən fəaliyyət göstərir