"Şəhid və qazi ailələrinin banklarla bağlı çox ciddi problemləri var. Mərkəzi Bankın sədrindən xahiş etdik ki, Banklar Assosiasiyası, ümumiyyətlə, bu ailələrin banklarda olan kreditlərini silməklə bağlı məsələyə baxsın".
Eləcə də bax: Yeni Fond şəhid ailələrinin, Qarabağ əlillərinin kreditlərini və borclarını - Ödəyəcək
FED.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov bu gün parlamentin iclasında deyib.
O bildirib ki, banklarda vəsait yoxdursa, Mərkəzi Bank mərkəzləşdirilmiş kredit sistemi ilə həmin banklara kredit verə bilər: "Biz həmin qazi və şəhidlərin hesabına ərazi bütövlüyümüzü bərpa etmişik”. (Qafqazinfo)