1997-ci ildən 2023-cü ilin sonunadək Milli Depozit Mərkəzində mövcud olan depo hesabların sayı 121 min 610 təşkil etmişdisə, 2024-cü ilin sonunda bu rəqəm 160 min 545 olub. Aktiv depo hesabların sayı isə müvafiq olaraq 2023-cü ilin sonuna 75 min 24 təşkil etmişdisə, ötən ilin sonunda 105 min 552 olub.
Azərbaycanda ilk dəfə səhmdarların elektron səsvermə sistemi yaradılıb
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev Bakıda keçirilən maliyyə forumunda deyib.
MDM sədri qeyd edib ki, qurumun informasiya ehtiyatları “Hökumət buludu”na köçürülüb və ehtiyat mərkəzi yaradılıb.
“Bu tədbirlər kritik informasiya infrastrukturunun təhlükəsizliyi və fövqəladə hallarda dayanıqlığının təmin edilməsinə xidmət edir. MDM-in 2024-2026-cı illəri əhatə edən inkişaf strategiyasında rəqəmsallaşma səviyyəsinin artırılması əsas fəaliyyət göstəricilərindəndir. Rəqəmsallaşma sahəsində MDM tərəfindən həyata keçirilmiş mühüm yenilik səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi və elektron səsvermə sisteminin tətbiqidir. MDM bu xidməti ilk dəfə olaraq ölkəmizdə tətbiq edərək, əlçatanlıq səviyyəsinin yüksəldilməsinə, səhmdarların hüquqlarının qorunmasına və şəffaflığın artırılmasına töhfə verib. Hazırda bu sahədə emitentlərə və investorlara göstərilən xidmətlər üzrə elektron çıxarışların və onlayn ödənişlərin tətbiqi üzrə işlər davam etdirilir. (Azərtac)