İşğaldan azad olunmuş ərzilərdə yeni mexanizm yaradılacaq.
İşğaldan azad olunmuş ərazilərdə sahibkarlara dəstək çərçivəsində 2022-ci ildə 3 sahibkarlıq subyekti 3 milyona yaxın vəsait ilə maliyyələşdirilib. 2023-cü ildə isə bu göstərici 4 sahibkarlıq subyektini əhatə edib və 11,5 milyon manat vəsait sərf olunub.
FED.az xəbər verir ki, bunu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev ötən ilin yekunları ilə bağlı tədbirdə deyib.
O çıxışında qeyd edib ki, ötən dövr ərzində fond bu maxinizmi idarə etmək üçün bir platforma yaradır və banklar ilə danışıqlar aparır. İşğaldan azad olunmuş ərazilərdə yaradılacaq yeni maxinizmi 500 milyon kommersiya kredit portfelində, 150 milyon manat subsidiya ödənilməsi nəzərdə tutulub.
Kreditin maximal məbləği 5 milyon manat, müddəti isə 7 ilədək olacaq. İllik faiz dərəcəsi 15% təşkil edəcək və 10% bəndi fond tərəfindən subsidiyalaşdırılacaq. Fevral ayından etibarən mexanizm işə düşəcək.