Azərbaycanla bağlı Dünya Bankının Fintex göstəricisinə baxdıqda görürük ki, ölkədə bank hesablarına sahiblik artıb. Bir neçə il əvvəl bu 30 faiz idisə, indi 50 faizə çatıb. Rəqəmsal ödənişlər Azərbaycanda artıb, qeyri-nağd ödənişlərlə bağlı xeyli işlər görülüb.
Dünya Bankının Azərbaycan üzrə - Ölkə Meneceri Dəyişir
FED.az xəbər verir ki, bunu BMT "DİM Dialoqları" təşəbbüsü çərçivəsində "2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklizivlik" mövzusunda keçirilən konfransın panel müzakirəsində çıxış edən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl deyib.
O bildirib ki, bununla belə bank hesablarına sahibliklə bağlı bölgələrdə bu rəqəm yüksək deyil. Həmçinin gender fərqi də müşahidə olunur. Kişilər arasında bank hesablarına sahiblik daha çoxdur. Digər bir məsələ əmanətlərlə bağlıdır, belə ki, əmanətlərin yalnız 10 faizi banklarda saxlanılır.
Azərbaycanda 500 min muzdlu işçinin bank hesabları yoxdur, onların bank hesablarının açılması vacibdir. Həmçinin, hələ də Azərbaycanda əhalinin 200 min nəfəri kommunal xərclərini nağd şəkildə ödəyir. Hökumət "ƏDV geri al" kimi təşviq mexanizmləri tətbiq edir. Bu cür addımlar maliyyə inklüzivliyini artıra bilər.
"Biz regionlarda əhali ilə söhbətlər aparanda görürük ki, onlar bank hesabının açılmasının xərclər tələb etdiyini düşünür. Ona görə də təşviqat aparmalı, maliyyə savadlılığını regionlarda artırmalıyıq. Digər bir problem insanların banklara etimadı ilə bağlıdır. İnsanlar banklara inanmır, ona görə bank hesabı açmır. Biz bu istiqamətdə də əhali ilə işləyirik" - Sara Maykl əlavə edib. (Apa)