Ümumi daxili məhsulun proqnozlaşdırılması olduqca vacibidir. Biz çalışmalıyıq ki, bizim dövlət büdcəsinin xərclərinin artım templəri iqtisadiyyatın artımı templəri ilə uzlaşsın. Yəni ondan çox olmasın.
Nazir: "Bu ilin dövlət büdcəsinə yenidən baxılacaq, biz əhəmiyyətli xərc artımına gedirik"
FED.az xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
O qeyd edib ki, onun çox olması müəyyən bəlli bir müddət ərzində iqtisadiyyat üçün qəbul ediləndir.
“Amma bunun davamlı şəkildə edilməsi düşünülmüş siyasət olmayacaq”, - deyə nazir qeyd edib. (Trend)